Türkmənistanın xarici işlər naziri üçtərəfli formatın faydalı olduğunu bildirib

Türkmənistanın xarici işlər naziri üçtərəfli formatın faydalı olduğunu bildirib
# 26 may 2014 12:27 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin Bakı görüşünün yekunları ilə bağlı keçirilən mətbuat konfransında türkmən nazir Rəşid Meredov deyib.

R. Meredov bildirib ki, görüş üç ölkə arasında enerji və nəqliyyat kimi strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsi üçün yaxşı imkan olub: “Türkmənistan, Azərbaycan və Türkiyənin böyük praktik iş təcrübəsinin olduğu bu sahələrdə biz konkret üçtərəfli əməkdaşlıq formaları tapa bilərik. Xüsusi müzakirə mövzularından biri mədəni-humanitar sahə oldu”.

R. Meredov görüşün yüksək konstruktivlik səviyyəsində keçdiyini söyləyərək bu formatın faydalı olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR