Ailə üzvləri ilə avtomobil qəzasına düşən xalq artisti Ağasəlim Abdullayev xəstəxanadan evə buraxılıb

Ailə üzvləri ilə avtomobil qəzasına düşən xalq artisti Ağasəlim Abdullayev xəstəxanadan evə buraxılıb
# 15 mart 2014 08:13 (UTC +04:00)

3 Saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsindən APA-ya verilən məlumata görə, xalq artisti şöbəyə kəllə-beyin travması ilə yerləşdirilib.

Xəstəxanadan bildiriblər ki, o, özünü yaxşı hiss etdiyindən, bu gün səhər saatlarında evə buraxılıb.

Qeyd edək ki, ötən gecə saatlarında Suraxanı rayonu ərazisində, Zığ şossesində baş verən qəzada mahir tar ifaçısı Ağasəlim Abdullayev özü, avtomobili idarə edən oğlu, gəlini və nəvəsi ağır xəsarət alıb, həyat yoldaşı və daha bir azyaşlı nəvəsi isə ölüb.

Faktla cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR