® Mazda-dan yenilik var - FOTO

<font color=red>® </font>Mazda-dan yenilik var - <span style="color: red;">FOTO
# 29 aprel 2014 07:53 (UTC +04:00)

Çox sərfəli lizinq şərtləri ilə təqdim edilən Mazdanın bu modelini tanıyanlar onun üstünlüklərinə bələddirlər: o, sinfinin ən yüksək klirensə malik avtomobillərindən biri kimi, 210 sm yerdən hündürlüklə nahamar yollardan “qorxmur”!

Mazda CX-5 Skyactiv texnologiyaları özündə birləşdirən ilk modellərdəndir. Avtomobilin hissələrin hazırlanmasında yüngül və dözümlü materiallardan istifadəsinə səbəb olmuş, xarici detalların və daxili avadanlığın dizaynına təsir etmiş bu texnologiyalar sayəsində avtomobil yanacağa yüksək qənaət və heyrətamiz performans nümayiş etdirir.

2.0 və 2.5 litr mühərriklər ilə təqdim edilən model 2.0 l mühərrikli 2WD (2-çəkər) komplektasiyası ilə zənginləşib.

İnnovasiyaları sevənlər Mazda CX-5-in “ağlına” heyran qalmaya bilməzlər! İ-Stop yanacağın ağıllı sərfi komandası, Keyless go - açarsız giriş, sensorlu monitor avtomobilin ürəyindən keçənləri barmağının bir işarəsi ilə yerinə yetirməsi deməksə, arxa görüntü kamerası təhlükəsizliyin təminatı olan amillərdəndir. Keyfiyyətli musiqi dinləmək istəyənlər isə Premium Bose audiosistemini mütləq qiymətləndirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR