Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Türkiyədə keçiriləcək Beynəlxalq Teatr Festivalında iştirak edəcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Türkiyədə keçiriləcək Beynəlxalq Teatr Festivalında iştirak edəcək
# 28 aprel 2014 16:37 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi növbəti festivala hazırlaşır.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Türkiyənin Dənizli şəhərində keçiriləcək Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün dəvət alan kollektiv mayın 5-də yola düşəcək.

Türkiyə, Rusiya Federasiyası, İran, Gürcüstan və dünyanın bir sıra ölkələrindən olan teatrların iştirak edəcəyi festivalda Dövlət Gənc Tamaşaçılar Teatrından dramaturq-aktyor Məcid Vahidzadənin eyniadlı əsəri əsasında hazırlanmış “Bir səbət tənhalıq” tamaşası nümayiş olunacaq.

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nofəl Vəliyev, tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır. Tamaşa fiziki qüsurlu gənc qız (Güşvər Şərifova) və bəxtsiz cavandan (Anar Səfiyev) bəhs edir.

Qeyd edək ki, ötən il P. Züskindin “Kontrabas” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa sözügedən festivalda iştirak edərək mükafata layiq görülmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR