Ukrayna parlamenti Viktor Yanukoviçin mühakimə olunması üçün beynəlxalq Haaqa məhkəməsinə müraciət edib

Ukrayna parlamenti Viktor Yanukoviçin mühakimə olunması üçün beynəlxalq Haaqa məhkəməsinə müraciət edib
# 25 fevral 2014 12:59 (UTC +04:00)

APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, bu barədə parlamentdə xüsusi bəyanat qəbul olunub. Sənədin lehinə 324 deputat səs verib.

“Bəyanatın qəbulu Ukrayna ərazisində 2013-cü il noyabrın 21-dən 2014-cü il fevralın sonlarına qədər insanlığa qarşı törədilmiş cinayətlərlə bağlı məsələdə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımağa əsas verir”, - deyə bəyanat əlavə olunan izahatda bildirilir.

Məsuliyyətə cəlb olunması istənilən şəxslər sırasında keçmiş daxili işlər naziri Vitali Zaxarçenko, keçmiş baş prokuror Viktor Pşonka və digər sabiq vəzifəlilər də var.

Bəyanatda o da vurğulanır ki, Ukrayna Baş Prokurorluğunda aparılan istintaqın gedişində müəyyənləşdiriləcək siyahıya yeni adlar əlavə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR