“Mir Cəlal görkəmli yazıçı və ədəbiyyatşünas kimi” mövzusunda müsabiqənin qalibləri elan edilib - FOTO - VİDEO

“Mir Cəlal görkəmli yazıçı və ədəbiyyatşünas kimi” mövzusunda müsabiqənin qalibləri elan edilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 19 dekabr 2013 10:59 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi və BDU-nun təşkilatçılığı ilə keçirilən yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayevin 105 illiyinə həsr olunmuş “Mir Cəlal görkəmli yazıçı və ədəbiyyatşünas kimi” mövzusunda məqalə müsabiqəsinə yekun vurulub.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı artıq dörd ildir milli-mənəvi dəyərlərimizin, görkəmli ədiblərimizin təbliği və saz sənətinin qorunması istiqamətində çoxşaxəli fəaliyyət göstərir.

Rektor M.C.Paşayevin Azərbaycan ədəbiyyatının inkişafındakı rolundan danışıb: “Azərbaycan xalqının böyük ədibi Mir Cəlal Paşayev ədəbiyyatımızın inkişafı və onun məzmunca zənginləşməsində mühüm rol oynayıb. O, həm də həyatındakı çətinliklərə baxmayaraq, xeyirxah bir insan olub. Bu gün onun irsinin araşdırılması, əsərlərinin tədqiqi olduqca vacibdir”.

A.Məhərrəmov qeyd edib ki, ədibin həyat və yaradıcılığının tədqiqinə həsr olunmuş məqalə müsabiqəsinə noyabr ayından başlanılıb və müsabiqədə 80-ə yaxın gənc iştirak etsə də, onlardan 13 nəfəri münsiflər heyəti tərəfindən seçilərək qaliblər sırasına daxil edilib.

Sonra M.C.Paşayevin həyat və yaradıcılığından bəhs edən video-çarx nümayiş etdirilib.

“İlahiyyat” fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, “Aşıq Şəmşir” Mədəniyyət Ocağının sədri Qəmbər Şəmşiroğlu və digər iştirakçılar M.C.Paşayevin Azərbaycan ədəbiyyatının inkişafındakı rolu barədə çıxış ediblər.

Sonda müsabiqənin qalibləri mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR