Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq keçiriblər

Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq keçiriblər
# 13 may 2014 10:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və köməkçisi Rövşən Məmmədov Hacıqabul rayon və Şirvan şəhər Polis şöbəsinin müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan 4, Şirvan Şəhər Polis şöbəsində saxlanılan 12 nəfərlə görüşüblər: “Saxlanma şəraiti normal idi. Saxlanılan şəxslərin onlara qarşı münasibətdən və şəraitindən hər hansı şikayətləri olmadı”.

E. Behbudov bildirib ki, Şirvan Apellyasiya Məhkəməsinə gələn bütün təqsirləndirilən şəxslərin Şirvan Şəhər Polis Şöbəsinə göndərilməsi gələcəkdə sıxlıq problemi yarada bilər: “Hələ ki, hər şey qaydasındadır. Lakin bu gələcəkdə problem yarada bilər. Şirvan Apellyasiya Məhkəməsi 24 rayonu əhatə edir. Məhkəməyə gələn bütün təqsirləndirilən şəxslər şöbənin saxlanma yerinə göndərilir. Hesab edirəm ki, bu gələcəkdə sıxlıq problemi yarada bilər. Bunun üçün ya ədliyyə , ya da daxili işlər nazirliyi tərəfindən əlavə saxlanma yeri tikilsə yaxşı olar . Bu məsələ ilə bağlı daxili işlər naziri Ramil Usubova məlumat verəcəyəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR