Ağdaş rayon sakinindən saxta əsginaslar götürülüb

Ağdaş rayon sakinindən saxta əsginaslar götürülüb
# 20 yanvar 2014 10:07 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda saxta pulların dövriyyəsinin qarşısı alınıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində yanvarın 19-da Sahil qəsəbəsində Ağdaş rayon sakini Sadiq Yusifovdan 8 ədəd 20 və 4 ədəd 10 manatlıq saxta əsginaslar götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR