Dərmanların allergik reaksiyaları nəticəsində zəhərlənmə ilə bağlı bu ay Toksikoloji Mərkəzə 16 müraciət olub

Dərmanların allergik reaksiyaları nəticəsində zəhərlənmə ilə bağlı bu ay Toksikoloji Mərkəzə 16 müraciət olub
# 23 dekabr 2013 08:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu ay sirkə turşusundan zəhərlənən iki nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə yerləşdirilib. Səhiyyə Nazirliyinin baş toksikoloqu, Klinik Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, hər iki fakt sui-qəsd məqsədilə həyata keçirilib. Hadisələrin qadınlar tərəfindən törədildiyini deyən A.Maqsudovun sözlərinə görə, zəhərlənmə halları Bakının Nizami və Qaradağ rayonunda qeydə alınıb.

Mərkəzin müdiri bu ay da ölkədə insanlar arasında dərmanlardan allergik reaksiya nəticəsində zəhərlənmə hallarının qeydə alındığını deyib: “Belə ki, dərmanların allergik reaksiyaları nəticəsində baş verən zəhərlənmə ilə bağlı mərkəzə 16 müraciət olub. Onların arasında da qadınlar üstünlük təşkil edib. Müraciət edənlərin hər birinə 1-2 sutka ərzində yardım göstərildikdən sonra evə buraxılıblar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR