«Finance Leasing» şirkəti yeni istiqraz emissiyasına hazırlaşır

«Finance Leasing» şirkəti yeni istiqraz emissiyasına hazırlaşır
# 26 dekabr 2013 13:11 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Finance Leasing» şirkətinin faizli sənədsiz adlı təmin edilməmiş istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Komitənin məlumatında deyilir.

Məlumata əsasən, kütləvi təklif üsulu ilə yerləşdiriləcək bu istiqrazların hər birinin nominal dəyəri 500 manat, emissiyanın ümumi həcmi isə 195 min manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR