Qüdsi Osmanov: "Azərbaycanda ruslara heç kim pis söz deməz, bəs Rusiyada niyə başqa cür olmalıdır?" - VİDEO

Qüdsi Osmanov: "Azərbaycanda ruslara heç kim pis söz deməz, bəs Rusiyada niyə başqa cür olmalıdır?" - <span style="color: red;">VİDEO
# 15 noyabr 2013 21:08 (UTC +04:00)

Bakı-APA. “Azərbaycan müharibə edən ölkə deyil. Azərbaycan ərazisi qonşu ölkə tərəfindən işğal edilən bir dövlətdir”. APA-nın məlumatına görə, bunu “Rossiyskaya qazeta”ya müsahibəsində Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov deyib. O qeyd edib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmir və ona görə də işğalçı-ölkə adını daşımaqdadır.

Rusiyalıların əksəriyyətinin Azərbaycana müharibə edən dövlət kimi yanaşmadıqlarını deyən diplomat statistikaya əsaslanaraq Rusiyadan, habelə digər dövlətlərdən ölkəmizə çoxlu sayda turistlərin gəldiyini vurğulayıb: “Bir dəfə Azərbaycana gəlmiş insanlar yenə bura gəlir və öz tanışlarına ölkəmiz haqda danışır. Biz isə turizm infrastrukturunun yaradılması üzərində çalışırıq. İnanın ki, tək Bakı deyil, həm də bölgələrimizdə gəzməli-görməli yerlər var. Bundan əlavə turistlər burada özlərini təhlükəsiz hiss edir. Günün istənilən vaxtında onlara küçədə heç kimi heç nə edə bilməz. Bu, çox şey deməkdir”.

Müxbirin “Bəs Sankt-Peterburqda atəş açan azərbaycanlılar hardan peyda olur? sualına cavab verən Q.Osmanov sözügedən şəhərdə yaşayan azərbaycanlıların əksəriyyətinin zəhmətsevər insanlar olduğunu və onların yerli əhali ilə yanaşı şəhərin inkişafı üçün çalışdığını bildirib: “Qanunu yalnız tək-tük insanlar pozur. Necə ki, ruslar arasında. Sadəcə indi milli məsələ çox həssas olduğu üçün digər ölkələrin nümayəndələrinin iştirakı ilə istənilən neqativ hal geniş yayılır və ona həddindən artıq diqqət yetirilir. Sizə elə gəlir ki, azərbaycanlıların hamısı belədir, lakin bu elə deyil.

Bu insanlar hardan peyda olub? 1988-ci ildə 360 min azərbaycanlı Ermənistan, 700 min isə Dağlıq Qarabaq və ətraf rayonlardan qovulub. Beş il ölkədə xaos olub. Belə olan halda çoxları heç məktəbə getmirdi. Halbuki təhsil şəxsiyyətin formalaşmasında çox böyük əhəmiyyətə malikdir. Sonra qaçqınların bir hissəsi çörək pulu dalınca Rusiyaya getdi. Kim alver edirdi, kim tikintidə işləyirdi. Bu nəslin nümayəndələrinin sadəcə bəxti gətirmədi, anlayırsınızmı bunu?

Bu nəslin nümayəndələri Azərbaycanda da yaşayır. Lakin 1993-cü ildə, hakimiyyətə Heydər Əliyev gələndən sonra hər şey dəyişməyə başladı. Doğrudur bu insanlar təhsil almadılar, adi fəhlə qaldılar. Lakin onlar anlayır ki, ailəni qanunu pozmadan dolandırmaq lazımdır, əks halda cəmiyyətdən təcrid olunacaqsan. Bu yol çox çətin oldu, bu nəslin nümayəndələrini tərbiyə etmək çətin iş idi.

Mən demək istəmirəm ki, Rusiyada qanun işləmir. Sadəcə biz qayda-qanunu daha tez, ötən əsrin 90-cı illərində bərpa etməyə başladıq. Sizdə isə çətin dönəm 2000-ci ilədək, prezident Vladimir Putin seçilənədək davam etdi”.

Q.Osmanov qeyd edib ki, Azərbaycanda ruslara çox yaxşı münasibət var. “Onlara tərəf heç kim tərs baxmaz, pis söz deməz. Bəs onda nəyə görə Rusiyada başqa cür olmalıdır?”, - deyə o fikrini tamamlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR