“Qolos Karabaxa” qəzetinin 100-cü nəşrinin təqdimatı keçirilib - APA TV

“Qolos Karabaxa” qəzetinin 100-cü nəşrinin təqdimatı keçirilib - <span style="color: red;">APA TV
# 15 may 2013 09:04 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi tərəfindən “Qolos Karabaxa” qəzetinin 100-cü sayının nəşr edilməsi ilə bağlı dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən qəzetin təsisçisi Nadir Abdullayev Qarabağ həqiqətlərinin dünyaya yayılmasında qəzetin fəaliyyətini yüksək qiymətləndirib. N. Abdullayev bildirib ki, qəzet 2004-cü ildə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, millət vəkili Elxan Süleymanov tərəfindən təsis edilərkən qarşıya Azərbaycanın haqq işinin, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində yaxından iştirak etmək məqsədi qoyub: “Qəzet Qarabağ problemlərinin bir sıra cəhətlərini, ermənilərin etnik təmizləmə siyasətini, Azərbaycan torpaqlarının işğalı və bunun nəticəsində Azərbaycana dəyən ziyan, maddi mədəniyyət abidələrinin dağıdılması və bu kimi məsələləri sübutlarla işıqlandırıb. Qəzetin rus və ingilis dillərində nəşr olunması ideyası da məhz həmin məqsəddən irəli gəlib. Qəzet dünyanın 64 ölkəsinə göndərilib və oradakı diaspora təşkilatları tərəfindən yayılıb”.

Qəzetin redaktoru Qədir Nəsirov deyib ki, qəzetin indiyədək çap olunmuş 100 sayında 1700-dən artıq yazı dərc olunub ki, bunlardan 1400-ə yaxını bilavasitə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlıdır: “Dərc olunmuş 320 məqalə qeyri-azərbaycanlı müəlliflər, 110-u isə elm adamları tərəfindən yazılıb. Qəzetdə həmçinin, Azərbaycanın 100 Milli Qəhrəmanının həyat və döyüş yolu barəsində məqalələr dərc edilib”.

Tədbirin digər çıxışçıları da qəzet barəsində fikirlərini bildirib, təklif və iradlarını səsləndiriblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR