Gəncədə yaşayış evinin mətbəxindən sursat tapılıb

Gəncədə yaşayış evinin mətbəxindən sursat tapılıb
# 01 aprel 2014 09:46 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərində təmir aparılan evin mətbəxində silah-sursat tapılıb. Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini Ayaz İbrahimov idarəyə ərizə ilə müraciət edərək bildirib ki, 31 mart tarixində evin mətbəxində təmir işləri apararkən çürümüş taxta döşəmənin altında şəffaf polietilen torbaya bükülmüş 2 ədəd fişəng, 1 ədəd F1 əl qumbarası, 3 ədəd F1 əl qumbarasının alışqanı, 2 ədəd uzaq məsafədən işə salınan alışqan, 22 ədəd TOZ-8 silahının patronu, 8 ədəd 7.62 mm və 1 ədəd 5,45 mm-lik avtomat patronu tapılıb. A. İbrahimov tapdığı sursatı Kəpəz rayon Polis İdarəsinə təhvil verib.

Faktla bağlı Gəncə şəhər Kəpəz rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR