Siyəzəndə iki nəfər dəm qazından zəhərlənib

Siyəzəndə iki nəfər dəm qazından zəhərlənib
# 23 fevral 2014 20:35 (UTC +04:00)

Siyəzən. Vəli Turan – APA. Bu gün axşam saatlarında Siyəzən rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Siyəzən rayon sakini, 1996-cı il təvəllüdlü İxtiyar İbrahimov və Siyəzən rayonu, Gilgilçay qəsəbə sakini, 1998-ci il təvəllüdlü Aydan Həsənova dəm qazından zəhərləniblər.

Onlar Siyəzən Regional Müalicə Diaqnoztika Mərkəzinə yerləşdiriliblər. Onların vəziyyətinin orta-stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR