Aleksey Ulyukayev: “Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsini iki ilə 4 mlrd. dollara çatdırmaq olar” - FOTO

Aleksey Ulyukayev: “Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsini iki ilə 4 mlrd. dollara çatdırmaq olar” - <span style="color: red;">FOTO
# 02 iyun 2014 12:36 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərbaycanla Rusiya arasında münasibətlər çox yaxşı inkişaf edir. Rusiya Azərbaycanın yeganə tərəfdaşıdır ki, respublika ilə Rusiya Federasiyası subyektləri səviyyəsində əməkdaşlıq edir”.

"APA-Economics"in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib.

Bakının sürətli iqtisadi dinamikaya malik olduğunu deyən rusiyalı nazir, Rusiya və Azərbaycanın oxşarlıqlarının çox olduğunu deyib. O, nəqliyyatın məhdudluğunun iki ölkə arasındakı iqtisadi potensialın daha da artmasına mane olan amillərdən biri olduğunu qeyd edib. “Biznesin zəruri nəqliyyatla müşayiət olunması üçün logistik mərkəzlər yaratmalıyıq. Nəqliyyat xərclərini azaltmalıyıq. Bundan başqa, hüquqi baza yaradılmalıdır”, - deyə A.Ulyukayev bildirib.

Nazir qeyd edib ki, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsini iki ilə 4 mlrd. dollara çatdırmaq olar: “Ticarət dövriyyəsinin yaxşı dinamikasını qeyd edə bilərəm. Qiymətləndirməmizə görə bu 3,6 mlrd. dollar təşkil edir. Lakin bu rəqəmlər bizim bütün potensialımızı əks etdirmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR