Ermənistana qarşı sanksiyalar tətbiq edilməsinə dair qətnamə layihəsi AŞPA Bürosunda müzakirə olunacaq

Ermənistana qarşı sanksiyalar tətbiq edilməsinə dair qətnamə layihəsi AŞPA Bürosunda müzakirə olunacaq
# 23 iyun 2014 07:11 (UTC +04:00)

E. Süleymanovun ofisindən APA-ya verilən xəbərə görə, qətnamə layihəsində Azərbaycan ərazilərinin işğalına son qoyulana qədər Ermənistan nümayəndə heyətinə sanksiyalar tətbiq olunması, AŞPA-da Ermənistan nümayəndə heyətinin səsvermə hüquqlarının dayandırılması və rəhbər orqanlardan çıxarılması tələb olunur. Sədarət Komitəsi assambleyanın prosedur qaydalarına əsasən qətnamə layihəsinin növbəti mərhələdə müzakirə edilməsi və müvafiq qərar qəbul olunması üçün AŞPA Bürosuna göndərilməsi barədə qərar qəbul edib. AŞPA Bürosunun iyunun 27-də keçiriləcək iclasında qətnamə layihəsi ilə əlaqədar yekun qərar qəbul olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR