İran İraqdan təzminat almaq istəyir

İran İraqdan təzminat almaq istəyir
# 22 iyul 2013 10:15 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran İraqla apardığı 8 illik müharibənin bu ölkəyə vurduğu ağır maddi və mənəvi ziyana görə rəsmi Bağdaddan təzminat almaq istəyir.

APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Əraqçı açıqlama verib.

Onun sözlərinə görə, bu məsələ İran xarici siyasət idarəsinin gündəmindədir: “BMT-nin 598-ci qətnaməsinə əsasən, İraqdan kompensasiya ödənilməsi tələbi İran XİN-in gündəmindədir. Bununla bağlı hansısa yenilik olacaqsa, ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, İraq hökuməti 2015-ci ilin sonunadək Küveytə qarşı həyata keçirilmiş hücumun bu ölkəyə vurduğu ağır maddi və mənəvi ziyana görə təzminat ödənilməsi barədə öhdəlik götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR