İsrail xarici işlər nazirinin Bakıya səfəri başlayır

İsrail xarici işlər nazirinin Bakıya səfəri başlayır
# 29 aprel 2014 08:02 (UTC +04:00)

APA-nın İsrail Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində A.Libermanın Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri planlaşdırılır.

İsrailin xarici işlər naziri prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, baş nazirin müavini Yaqub Eyyubov, müdafiə naziri Zakir Həsənov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin sədri Oqtay Əsədov və parlamentdə Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşəcək.

A.Liberman Azərbaycanda yəhudi icmasının liderləri ilə də görüşəcək və Bakıda Dağ Yəhudilərinin sinaqoqunda xüsusi iclasında iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR