Azərbaycanda illik vergi bəyannamələrin 94% vaxtında təqdim edilib

Azərbaycanda illik vergi bəyannamələrin 94% vaxtında təqdim edilib
# 16 aprel 2014 14:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən ilin yekunlarına görə gəlir vergisi bəyannamələrinin 96,8%-i, mənfəət vergisi bəyannamələrinin 93,7%-i, əmlak vergisi bəyannamələrinin 91,2 %-i, yol vergisi bəyannamələrinin 96,6%-i vaxtında təqdim edilib.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə, hesabat dövrünün yekunları üzrə təqdim edilməli olan bəyannamədən 93,9%-i vaxtında, habelə vaxtında təqdim edilmiş bəyannamələrdən 94,5%-i elektron qaydada təqdim edilib.

Xatırladaq ki, Azərbaycan Vergi Məcəlləsinin müddəalarına əsasən mart ayının 31-dək hüquqi şəxslər mənfəət, əmlak və yol vergisinin, fiziki şəxslər isə gəlir vergisinin bəyannamələrini vergi orqanlarına təqdim etməlidirlər.

Bu məqsədlə vergi orqanları tərəfindən geniş məlumatlandırma və izahat işləri aparılmış, vergi ödəyiciləri ilə görüşlər keçirilib. İllik vergi bəyannamələrinin vaxtında təqdim edilməsi və hesablanmış vergilərin ödənilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən xüsusi bildiriş və elan formaları hazırlanaraq yerli vergi orqanlarına göndərilib, kütləvi informasiya vasitələrində elanlar yayımlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR