Bakıda 14 otaqlı inzibati binada yanğın olub

Bakıda 14 otaqlı inzibati binada yanğın olub
# 27 aprel 2014 19:41 (UTC +04:00)

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 600 kv.m olan birmərtəbəli 14 otaqdan ibarət inzibati binanın 4 otağının və dam örtüyünün yanar konstruksiyaları 300 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR