İran prezidenti yeni hökumət sözçüsü təyin edib

İran prezidenti yeni hökumət sözçüsü təyin edib
# 28 avqust 2013 08:58 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İranda yeni hökumət sözçüsünün kimliyi məlum olub. APA-nın “Fars” xəbər agentliyinə İran prezidenti Həsən Ruhaninin sərəncamı ilə bu vəzifəyə Məhəmmədbağır Nobəxt təyin edilib. Bundan əlavə, İran prezidentinin digər sərəncamıyla Planlaşdırma, Strateji Nəzarət və İnkişaf İdarəsinin rəhbərliyi də M. Nobəxtə tapşırılıb.

Qeyd edək ki, bundan əvvəl İran hökumətinin sözçüsü Qulamhüseyn İlham olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR