Goranboyda kredit yarmarkası keçirilib

Goranboyda kredit yarmarkası keçirilib
# 16 avqust 2013 16:22 (UTC +04:00)

Goranboy. Azər Məmmədli-APA. Bu gün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Goranboy rayonunun Qızılhacılı kəndində keçirib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, tədbirdə Goranboy və ətraf rayonlardan 120-dək sahibkar iştirak edib. Əvvəlcə Qızılhacılı qəsəbəsində və Ballıqaya kəndində fondun güzəştli kreditləri hesabına yaradılan pambıqçılıq təsərrüfatına baxış keçirilib. Tədbir çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb. Prioritet hesab olunan müasir heyvandarlıq kompleksinin, kiçik və orta həcmli istixana, pambıqçılıq və intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

Həmçinin kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib. Sahibkarlara nümunəvi lövhələr və metodiki materiallar paylanıb. Tədbirdə “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq rayonda həyata keçirilən tədbirlər və görüləcək işlərdən söhbət açılıb. Tədbir çərçivəsində Goranboy və ətraf rayonlarda fəaliyyət göstərən 48 sahibkara 2.9 milyon manat kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, pambıqçılıq, çörək istehsalı, quşçuluq, mebel istehsalı və s. sahələrin inkişafına yönəldiləcək.

Bu kreditlər hesabına 120 yeni iş yerinin açılacağı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR