FHN Xaçmazda yanğın-taktiki təlim keçirib - FOTOSESSİYA - VİDEO

FHN Xaçmazda yanğın-taktiki təlim keçirib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 19 may 2014 10:31 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Mayın 19-da Xaçmaz şəhərində Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumları və digər mərkəzi icra hakimiyyəti orqanları qüvvələrinin iştirakı ilə “Meşə yanğınları zamanı Şimal Regional Mərkəzinin, nazirliyin qurumlarının regionda yerləşən struktur bölmələri və digər aidiyyəti dövlət qurumları ilə qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda taktiki xüsusi təlimin keçirilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, təlimin keçirilməsində məqsəd Şimal Regional Mərkəzinin, nazirliyin qurumlarının regionda yerləşən struktur bölmələri və digər aidiyyəti dövlət qurumları ilə qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahələrində peşəkarlıqlarının daha da artırılması, eləcə də fövqəladə hadisələr zamanı yanğın söndürmə və xilasetmə bölmələrinin şəxsi heyəti qarşısında qoyulan tapşırıqların birgə fəaliyyətlə yerinə yetirilməsi sahəsində əməli vərdişlərin aşılanmasından ibarət olub.

Təlimə Fövqəladə Hallar Nazirliyinin qurumları və Şimal regionunda yerləşən struktur bölmələri, eləcə də digər mərkəzi icra hakimiyyəti orqanlarının qüvvə və vasitələri cəlb edilib.

Təlimi fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev izləyib. Nazir müavini jurnalistlərə açıqlamasında təlimə FHN-in 113 canlı qüvvəsi, 2 helikopterinin, eləcə də çoxlu sayda maşınlarının cəlb olunduğunu deyib. E.Mirzəyev yay mövsümü ilə bağlı ötən il taxıl zəmilərində və meşələrdə yanğınlarla bağlı FHN-in 598 çıxışının olduğunu açıqlayıb.

O, yerli icra hakimiyyətlərini, turizm mərkəzlərinin sahiblərini və əhalini bu sahədə daha diqqətli olmağa çağırıb. E. Mirzəyev bu kimi təlimlərin gələcəkdə də davam etdiriləcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR