Ukraynanın Poltava vilayətində saxlanılan separatçıları müşayiət edən milis konvoyuna hücum etmiş şəxs öldürülüb

Ukraynanın Poltava vilayətində saxlanılan separatçıları müşayiət edən milis konvoyuna hücum etmiş şəxs öldürülüb
# 08 may 2014 20:48 (UTC +04:00)

Bakı-APA. Ukraynanın Poltava vilayətində saxlanılan separatçıları müşayiət edən milis konvoyuna hücum törədilib. APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, asayiş keşikçilərinin cavab tədbirləri nəticəsində hücum edən şəxs öldürülüb.

Poltava vilayəti üzrə milis idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Yuri Sulaevin məlumatına görə, bu gün Ukraynanın şərq bölgəsindən qayıtmış DİN xüsusi təyinat dəstəsinin əməkdaşları saxlanılan separatçıları müşayiət edib. Reşetilovka qəsəbəsində naməlum şəxs tərəfindən idarə olunan “VAZ-2121” markalı avtomobil konvoyun irəliləməsinə mane olmağa çalışıb.

“Bu addım konvoya hücum kimi qiymətləndirilib və milis əməkdaşları silahdan istifadə etməli olub. Nəticədə, avtomobildə olan şəxs ölüb”, deyə qurumun məlumatında bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR