Yadigar Sadıqlının apellyasiya şikayəti təmin edilməyib

Yadigar Sadıqlının apellyasiya şikayəti təmin edilməyib
# 10 sentyabr 2013 09:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Şirvan Apellyasiya Məhkəməsində Müsavat Partiyası Lənkəran təşkilatının sədri, partiya başqanının müşaviri Yadigar Sadıqlının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.


Vəkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, Yadigar Sadıqlı II qrup Qarabağ əlili Rəşid Fərman oğlu Kərimova qarşı xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilir. Onun barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR