Prezident Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun tikintisinə 3,8 milyon manat ayrılması haqqında sərəncam imzalayıb

Prezident Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun tikintisinə 3,8 milyon manat ayrılması haqqında sərəncam imzalayıb
# 11 aprel 2014 16:14 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Ağdaş rayonunun Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Ağdaş Rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon manatı ayrılıb.


Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR