Gədəbəydə baş verən yol qəzasında ana ölüb, oğul və ata isə xəsarət alıb

Gədəbəydə baş verən yol qəzasında ana ölüb, oğul və ata isə xəsarət alıb
# 19 aprel 2014 10:17 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Gədəbəy rayonu Kiçik Qaramurad kəndinin ərazisində qeydə alınıb.

Rayon sakini Rəşad Mustafayev idarə etdiyi “Ford” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və sərnişinləri, anası Rahilə, atası İlham müxtəlif xəsarətlər alaraq, xəstəxanaya yerləşdiriliblər.

Rahilə Mustafayeva xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR