Salyan dəmir yolu qovşağında kompleks mülki müdafiə təlimi keçirilib - FOTO

Salyan dəmir yolu qovşağında kompleks mülki müdafiə təlimi keçirilib - <span style="color: red;">FOTO
# 23 may 2014 11:58 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin 2014-cü ildə mülki müdafiə (MM) tədbirlər planına müvafiq olaraq Salyan dəmir yolu stansiyasının ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda növbəti kompleks mülki müdafiə təlimi keçirilib.

QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, Salyan dəmir yolu mülki müdafiə qovşağının rəhbər işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, MM qüvvələri və şəxsi heyəti, stansiya ərazisində yerləşən digər dəmir yolu müəssisələri işçiləri təlimə cəlb olunub.

Təlimin əsas məqsədi fövqəladə hallar zamanı qovşağın ərazisində yerləşən obyektlərin MM planlarının reallığını əks etdirmək, mövcud xəbərdarlıq sxemi əsasında MM qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, obyekt rəhbərinin, MM qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli dərindən təhlil edilməsi olub.

QSC-nin Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyinin təşkilatçılığı ilə keçirilən təlimdə qovşağın obyekt rəhbərləri və Fövqəladə Hallar Komissiyasının üzvləri, MM qüvvələri iştirak ediblər. Hazırlıq işləri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Qurban Nəzirovun və Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişi Oqtay Abbasovun şəxsi nəzarəti ilə həyata keçirilib.

Salyan qovşağının ərazisində keçirilən kompleks təlim həyəcan siqnalının verilməsi ilə başlayıb. Qovşaq rəhbəri, stansiyasının rəisi Səxavət İlyasov məlumat verib ki, şərti olaraq səhər saatlarında baş verən zəlzələ nəticəsində bir yük vaqonu relsdən düşüb, xəsarət alanlar var, dirəklərin yıxılması nəticəsində elektrik naqilindən düşən qığılcımdan yanğın baş verib, stansiyanın xidməti binaların bəzi sahələrində uçqunlar olub, uçqunlar altında qalanlar, ölənlər və yanğından zərər çəkənlər və xəsarət alanlar var. Təlim rəhbəri təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün MM qüvvələrinə müvafiq göstərişlər verib. İctimai asayişi mühafizə manqası ərazini dərhal çəpərləyib. Səsgücləndirici vasitəsi ilə 1-2 dəqiqə ərzində “Yanğın həyəcanı” siqnalı verilib. Kəşfiyyat manqaları müxtəlif istiqamətlərdən əraziyə daxil olaraq 3-4 yerdən nümunələr götürüb yoxladıqdan sonra manqa komandirinə, manqa komandirləri isə öz növbəsində nəticələri MM rəhbərinə məruzə edib. Müvəqqəti rabitə bərpa edilib. Yanğından mühafizə və xilasetmə manqaları əraziyə daxil olub, yanğın ocaqları söndürülüb. Yaralılar ərazidən kənarlaşdırılıb, xilasetmə qrupu əraziyə daxil olub. Bərpa manqası bərpa işlərinə başlayıb. Təlimdən sonra keçirilən müşavirədə Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyin MM üzrə texniki müfəttişi İsa Xudiyev çıxış edərək stansiyada MM qüvvələrinin hazırlıq vəziyyətinin qənaətbəxş olduğunu bildirib.

Təlimdə Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişin müavini Bülbül Məmmədov, Yük daşımaları departamentinin baş mühəndisi Nəriman Nağıyev, Mühafizə İdarəsinin rəis müavini Füzuli Cəfərov və stansiyanın rəhbər işçiləri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR