İran XİN: “İsrailin sionist rejiminə qarşı İranın mövqeyi dəyişməyəcək”

İran XİN: “İsrailin sionist rejiminə qarşı İranın mövqeyi dəyişməyəcək”
# 10 dekabr 2013 09:33 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. “İsrailin sionist rejiminə qarşı İranın mövqeyi dəyişməyib və dəyişməyəcək”.

APA-nın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyin mətbuat katibi Mərziyyə Əfxəm bu gün keçirdiyi brifinqdə İsrailin İranla danışıqlara hazır olması ilə bağlı məlumatları şərh edərkən deyib.

Onun sözlərinə görə, İran sionist rejimi hegemon və işğalçı kimi tanıyır: “Ona görə də bizim mövqeyimiz aydındır. İran sionist rejimini tanımır. Bu cür təbliğatla bu rejim izolyasiyadan çıxmaq istəyir. Biz dünya ictimaiyyətini sionist rejimi tərəfindən atılan addımlara qarşı ehtiyatlı olmağa çağırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR