İranda tanınmış dissidentin dəfni izdihamlı etiraz aksiyası ilə müşayiət olunub

İranda tanınmış dissidentin dəfni izdihamlı etiraz aksiyası ilə müşayiət olunub
# 04 iyun 2013 20:50 (UTC +04:00)

Bakı-APA. İranda iyunun 1-də vəfat etmiş tanınmış dissident ilahiyyatçı ayətullah Cəlaləddin Talehinin dəfn mərasiminə on minlərlə insan toplaşıb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, İsfahan şəhərində keçirilən dəfn mərasimində iştirak edənlər hökumət əleyhinə şüarlar səsləndirib, İranın ali dini lideri ayətullah Əli Xameneini tənqid edib.

Onlar həmçinin “yaşıl hərəkat”ının Tehranda ev dustaqlığına hökm olunmuş iki liderini azadlığa buraxılmasını tələb edib.

İranda prezident seçkilərinə 10 gün qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR