Zaqatalada mebel salonunda yanğın olub - VİDEO

Zaqatalada mebel salonunda yanğın olub - <span style="color: red;">VİDEO
# 18 dekabr 2013 14:05 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada mebel salonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün günorta saatlarında Zaqatala şəhərində Hüseynova Qəmər Yaqub qızına məxsus, ümumi sahəsi 4000 kvadratmetr olan mebel salonuna bitişik tikilmiş 1800 kv/m-lik anbarın çardaq hissəsində qeydə alınıb. Hadisə yerinə FHN-in Zaqatala rayon DYMH-nin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində mebel salonunun anbarının çardaq hissəsinin 900 kv/m sahəsində yanar konstruksiyalar yanaraq yararsız hala düşüb. Anbarın qalan hissəsi və mebel salonu yanğından mühafizə edilib. Yanğın zamanı mebel salonunda işləyən işçilərdən xəsarət alan olmayıb. Yanğının səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq. Faktla bağlı FHN-in Zaqatala rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR