Hindistanda hərbi-yük təyyarəsi qəzaya uğrayıb, 5 nəfər ölüb

Hindistanda hərbi-yük təyyarəsi qəzaya uğrayıb, 5 nəfər ölüb
# 28 mart 2014 09:18 (UTC +04:00)

Bakı-APA. Hindistanda C-130J Super Hercules tipli hərbi-yük təyyarəsi qəzaya uğrayıb, nəticədə 5 nəfər ölüb.

APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, qəza Madhya-Pradeş ştatında baş verib.

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə iki əvvəl ABŞ-dan alınıb.

C-130J Super Hercules tipli təyyarələrdən martın 8-də yoxa çıxmış Malayziya sərnişin təyyarəsinin axtarışında istifadə olunurdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR