“Language and Literature” jurnalında Hüseyn Cavid haqqında məqalə çap olunub

“Language and Literature” jurnalında Hüseyn Cavid haqqında məqalə çap olunub
# 11 aprel 2014 16:46 (UTC +04:00)

Bakı-APA. “Journal of Language and Literature” adlı jurnalda “Hüseyn Cavid və Azərbaycan Yazıçılar Birliyi” (“Husein Javid and The Writers Union of Azerbaijan”) adlı məqalə çap olunub.

Hüseyn Cavidin Ev Muzeyindən APA-ya verilən məlumata görə, məqalənin müəllifi ABŞ-ın Massaçusets Amherst Universitetinin professoru Odri Altstadtdır.

O. Altstadt uzun müddətdir H.Cavid yaradıcılığının tədqiqi ilə məşğuldur.

Qeyd edək ki, O.Altstadt 2012-ci ildə AMEA Hüseyn Cavidin Ev Muzeyinin H.Cavidin 130 illik yubileyi münasibətilə keçirdiyi “Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında” adlı beynəlxalq elmi konfransda Azərbaycan dilində məruzə ilə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR