Ağsuda mal-qara oğurluğu ilə məşğul olan dəstənin üzvləri tutulub - VİDEO

Ağsuda mal-qara oğurluğu ilə məşğul olan dəstənin üzvləri tutulub - <span style="color: red;">VİDEO
# 13 may 2014 07:07 (UTC +04:00)

Ağsu. Elvin Yaqubov - APA. Ağsu rayonunda oğurluq edən şəxslər tutulub. APA-nın məlumatına görə, rayonun İlxıçı, Hacısəmədli və Muradlı kəndlərinin sakinləri onlara məxsus qoyunların müxtəlif vaxtlarda naməlum şəxslər tərəfindən oğurlanması barədə Ağsu rayon Polis Şöbəsinə məlumat veriblər. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları İmişli, Tərtər və Ağsu rayon polis şöbələrinin işçiləri ilə birgə Ağsu rayonu ərazisində 5 dəfə mal-qara oğurluğu edən dəstənin iki üzvünü, o cümlədən onların başçısı, İmişlidə məskunlaşan Ağdam sakini Rüstəm Paşayevi tutaraq istintaqa təhvil veriblər. Həmin şəxslərin Ağsu ərazisindən 25 qoyun oğurlaması faktı müəyyən edilib. Hazırda dəstənin başqa üzvlərinin olub-olmadığı və onların digər rayonlarda da oğurluq edib-etmədikləri araşdırılır.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR