Rusiya XİN də İran və “altılıq” ölkələri arasında Cenevrə müzakirələrinin faydalı və konstruktiv keçdiyini açıqlayıb

Rusiya XİN də İran və “altılıq” ölkələri arasında Cenevrə müzakirələrinin faydalı və konstruktiv keçdiyini açıqlayıb
# 17 oktyabr 2013 12:30 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Rusiya Xarici İşlər Nazirliyi İranla “altılıq” ölkələri arasında oktyabrın 15-16-da Cenevrə şəhərində keçirilmiş nüvə müzakirələri ilə bağlı bəyanat yayıb.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, sənəddə bildirilir ki, tərəflər arasında iki gün davam edən müzakirələr faydalı və konstruktiv olub: “Müzakirələrdə rəsmi Tehranın İranın nüvə proqramı ilə bağlı “altılıq” ölkələrinə təqdim etdiyi yeni təkliflər planı olduqca faydalı və konstruktiv qiymətləndirilib, bununla bağlı ətraflı müzakirələr aparılıb. Noyabrın 7-8-də Cenevrədə keçiriləcək növbəti müzakirələrdə tərəflər çıxış yollarının tapılması üçün səy göstərəcəklər”.

Bu arada Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov İrana qarşı birtərəfli sanksiyaların aradan qaldırılmasını istəyib: “Rusiya prezidenti Vladimir Putin İranın nüvə texnologiyasından dinc məqsədlər üçün faydalanmasına dəstək verir. Bu, İranın ən təbii haqqıdır və rəsmi Tehranın nüvə fəaliyyətlərindən dolayı sanksiya altında qalması qəbul edilə bilməz”.

Onun sözlərinə görə, İranla “altılıq” ölkələri arasında nüvə mövzusunda razılaşma əldə olunsa, rəsmi Tehrana qarşı bütün sanksiyalar aradan qaldırılmalıdır.

S. Ryabkov Cenevrə müzakirələrinin də son dərəcə müsbət keçdiyini və bunun danışıqlarda iştirak edənlərin açıqlamalarında da əksini tapdığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR