Milli Şurada təmsil olunan Müsavat funksionerlərinin toplantısı keçiriləcək

Milli Şurada təmsil olunan Müsavat funksionerlərinin toplantısı keçiriləcək
# 26 noyabr 2013 08:08 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Müsavat Partiyasının Milli Şurada təmsil olunan funksionerləri toplantı keçirəcək.

Müsavat Divanın üzvü Tural Abbaslının APA-ya verdiyi məlumata görə, bu barədə Müsavat Partiyası Divanının ötən gün keçirilən iclasında qərar qəbul olunub.

T. Abbaslı qeyd edib ki, iclasda Milli Şuranın gələcək perspektivləri ilə bağlı fikrilər səsləndirilib və sonda qərara alınıb ki, bu həftə ərzində Müsavat Partiyasının Milli Şurada təmsil olunan üzvləri ilə görüş keçirilsin.

Onun sözlərinə görə, görüşdə Müsavat Partiyasının Milli Şura ilə bağlı tutacağı mövqe müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR