Azərbaycan və Rusiyanın müdafiə nazirləri Ermənistandakı hərbi bazanın komandanının bəyanatını müzakirə ediblər - EKSKLÜZİV

Azərbaycan və Rusiyanın müdafiə nazirləri Ermənistandakı hərbi bazanın komandanının bəyanatını müzakirə ediblər - <span style="color: red;">EKSKLÜZİV
# 21 noyabr 2013 12:36 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Moskvada Azərbaycan və Rusiya müdafiə nazirlərinin görüşü zamanı Ermənistandakı Rusiya hərbi bazasının komandanı, polkovnik Andrey Ruzinskinin məlum bəyanatı müzakirə olunub.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqo ilə görüşü zamanı Gümrüdəki 102 saylı hərbi bazanın komandanı Andrey Ruzinskinin “Krasnaya Zvezda” qəzetinə müsahibəsində səsləndirdiyi “Azərbaycan Dağlıq Qarabağda əməliyyata başlasa, hərbi baza münaqişəyə qoşula bilər” bəyanatını gündəmə gətirib. S. Şoyqu isə A. Ruzinskinin sözlərinin təhrif olunduğunu bildirib: “Çox güman ki, bu, müsahibəni götürən jurnalistin səhvi olub”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR