Misirdə baş vermiş partlayış nəticəsində 14 nəfər ölüb, 100-dən çox adam yaralanıb

Misirdə baş vermiş partlayış nəticəsində 14 nəfər ölüb, 100-dən çox adam yaralanıb
# 24 dekabr 2013 04:22 (UTC +04:00)

Bakı-APA. Misirdə polis binası yaxınlığında baş vermiş partlayış nəticəsində 14 nəfər ölüb, 100-dən çox adam yaralanıb. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, hadisə Qahirə yaxınlığında yerləşən Əl-Mənsurə şəhərində yaşanıb.

Şahidlərin bildirdiyinə görə, partlayışın səsi hadisə yerindən 20 kilometr aralıda eşidilib.

İlkin ehtimal kimi minalanmış avtomobilin partladılması versiyası irəli sürülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR