Azərbaycan Fransadan da cins heyvanlar alacaq - FOTO

Azərbaycan Fransadan da cins heyvanlar alacaq - <span style="color: red;">FOTO
# 15 may 2013 15:35 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Fransanın südçülük sahəsində ixtisaslaşan “Loctalis” şirkətinin və Fransanın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşüb.

«APA-Economics»in məlumatına görə, görüşdə Azərbaycanda süd istehsalının inkişafı üzrə tərəfdaşlığın möhkəmləndirilməsi sahəsində fikir mübadiləsi aparılıb.

Nazir İsmət Abasov Azərbaycanda aqrar sahədə aparılan islahatlar, əldə olunan nəticələr, ölkə rəhbərliyi tərəfindən kənd təsərrüfatının digər sahələri ilə yanaşı, heyvandarlığın da intensiv yolla inkişafının qarşıya vacib bir məsələ kimi qoyulduğunu bildirib. Onun sözlərinə görə, görülən tədbirlər nəticəsində ölkədə kənd təsərrüfatının artım tempi 6,2% təşkil edib və bu ilin sonunadək 6-7% olacaq. Nazir Azərbaycanda heyvandarlıq sahəsinin inkişafı, o cümlədən kənd təsərrüfatı heyvanlarının cins tərkibinin yaxşılaşdırılması, süni mayalanma tədbirlərinin genişləndirilməsi, südçülük istiqamətində məhsuldarlığın artırılması sahəsində hökumət tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. Bu sahədə sahibkarlar üçün əlverişli şəraitin yaradıldığını, “Aqrolizinq” ASC tərəfindən avadanlığın güzəştli şərtlərlə sahibkarlara satıldığını bildirib.

İ.Abasov bu kontekstdə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayaraq 2013-cü ilin fevral ayında Fransaya rəsmi səfəri zamanı kənd təsərrüfatı naziri Kristian Le Foll ilə görüşünü xatırladıb və iki ölkə arasında kənd təsərrüfatı sahəsində həm dövlət, həm də özəl sektor səviyyəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün yaxşı zəmin olduğunu, bunun nəticəsində 2013-cü ildən etibarən Azərbaycana digər ölkələrlə yanaşı Fransadan da cins heyvanların gətirilməsinin nəzərdə tutulduğunu və bunun da Azərbaycanda heyvandarlığın inkişafına öz müsbət təsirini göstərəcəyini diqqətə çatdırıb.

“Loctalis” şirkətinin nümayəndəsi Mişel Nale nazir İ.Abasova onu Azərbaycana dəvət etdiyinə görə təşəkkür edərək, hazırkı görüşü Azərbaycanda südçülük sektorunun inkişafı sahəsində hökumətin siyasi iradəsinin göstəricisi kimi qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR