Dəməşq yaxınlığında törədilən terror aktında 15 hərbçi həlak olub

Dəməşq yaxınlığında törədilən terror aktında 15 hərbçi həlak olub
# 19 oktyabr 2013 10:48 (UTC +04:00)

Bakı – APA. Dəməşq yaxınlığında törədilmiş terror aktı nəticəsində 15 hərbçi həlak olub. APA-nın məlumatına görə, hadisə Mlexa və Caramana şəhərləri arasındakı yolda yerləşən nəzarət-buraxılış məntəqəsi yaxınlığında baş verib.

Son vaxtlar bu ərazidə hökumət qüvvələri ilə silahlı müxalifət arasında silahlı toqquşmalar qeydə alınıb.

Hadisəni terrorçu kamikadze törədib. O, minalanmış maşında hərbçilərə yaxınlaşaraq parlayıcını işə salıb.

İlkin məlumata görə, terrorçu “Əl-Qaida” yaxınlığı ilə tanınan “An-Nusra” cəbhəsinin üzvü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR