Respublikanın bütün peşə liseylərinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirilir - VİDEO

Respublikanın bütün peşə liseylərinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirilir - <span style="color: red;">VİDEO
# 16 mart 2014 07:00 (UTC +04:00)

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan respublikanın 23 şəhər və rayonunda (Bakı, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Tovuz, Sumqayıt, Abşeron, Şamaxı, Qax, Bərdə, Göyçay, Kürdəmir, Zərdab, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Xaçmaz) təşkil olunacaq.

İmtahan saat 12:00-da başlanacaq, 2 saat müddətində aparılacaq. İmtahanın aparılması üçün 29 imtahan mərkəzi ayrılıb. Prosesin idarə edilməsinə 40 imtahan rəhbəri, 351 zal nəzarətçisi cəlb olunub.

İmtahan Bakı şəhərində 7, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Tovuz, Sumqayıt, Abşeron, Şamaxı, Qax, Bərdə, Göyçay, Kürdəmir, Zərdab, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Quba və Xaçmaz şəhərlərinin hər birində 1 binada təşkil olunacaq.

İmtahanlarda ümumilikdə 4388 şagirdin (Bakıda 2041, Gəncədə 266, Şəmkirdə 67, Gədəbəydə 124, Qazaxda 101, Tovuzda 117, Sumqayıtda 414, Abşeronda 117, Şamaxıda 79, Qaxda 80, Bərdədə 77, Göyçayda 94, Kürdəmir 59, Zərdabda 61, Şirvanda 119, Sabirabadda 69, Biləsuvarda 73, Salyanda 77, Saatlıda 77, Lənkəranda 75, Cəlilabadda 61, Qubada 78, Xaçmazda 62) iştirakı gözlənilir.

Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR