ABŞ Senatı Suriyaya hərbi müdaxiləni nəzərdə tutan qətnaməyə sentyabrın 11-də səs verəcək

ABŞ Senatı Suriyaya hərbi müdaxiləni nəzərdə tutan qətnaməyə sentyabrın 11-də səs verəcək
# 06 sentyabr 2013 20:07 (UTC +04:00)

Bakı-APA. ABŞ Senatı Suriyaya hərbi müdaxiləni nəzərdə tutan qətnamə layihəsinə sentyabrın 11-də səs verəcək. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın “Politico” qəzeti xəbər yayıb.

Xəbərdə qeyd olunur ki, sentyabrın 11-dək Senatda Obama admistrasiyası nümayəndələrinin iştirakı ilə müzakirələr keçiriləcək. Konkret olaraq sentyabrın 9-da qapalı müzakirələr təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR