Ekologiya və təbii sərvətlər naziri Şəkidə vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Şəkidə vətəndaşları qəbul edəcək
# 17 iyun 2014 12:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov iyunun 27-də Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ və Oğuz rayonlarının vətəndaşlarını qəbul edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən xəbərə görə, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün nazirliyin elektron poçt ünvanları, 168 nömrəli “Qaynar xətt”, həmçinin Şəki Meşə Mühafizəsi və Bərpası müəssisəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Qeyd edək ki, qəbul iyunun 27-də saat 10:00-da Şəki Olimpiya Mərkəzində təşkil ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR