“A-Qroup” nizamnamə kapitalını artırıb

“A-Qroup” nizamnamə kapitalını artırıb
# 27 iyun 2014 10:57 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “A-Qroup” sığorta şirkəti nizamnamə kapitalını 1,9 mln. manat artıraraq 7,3 mln. manata çatdırıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, kapitalın artırılması “A-Qroup”un əldə etdiyi mənfəət hesabına mümkün olub.

Qeyd edək ki, cari ilin aprel ayında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “A-Qroup”-un nominal dəyəri 943 manat olan 7 750 ədəd səhminin buraxılışını dövlət qeydiyyatına alıb. Bu səhmlər nominal dəyəri 696,8 manat olan 7 750 ədəd səhmə konvertasiya yolu ilə Bakı Fond Birjasında yerləşdirilib, başqa sözlə şirkətin səhmlərinin nominal dəyəri artırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR