DSMF sədri Sumqayıtda vətəndaşları qəbul edib - FOTO

DSMF sədri Sumqayıtda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 19 fevral 2014 13:15 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bu gün DSMF-nin Sumqayıt şəhər şöbəsinin inzibati binasında Sumqayıt şəhəri, Qubadlı, Xızı və Qobustan rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib.

DSMF-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Fondun məsul əməkdaşları, Sumqayıt şəhər, Qubadlı, Xızı və Qobustan rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbulda ümumilikdə 50-dən çox vətəndaşın müraciətinə baxılıb. Onlar əsasən pensiyaların hesablanmasının bir sıra hüquqi aspektləri, güzəştli sərtlərlə əmək pensiyasının təyin edilməsi və stajla bağlı məsələlərə görə müraciət ediblər. Müraciətlərin bir neçəsi isə məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub.

Qəbul zamanı bütün müraciətlərə operativ şəkildə baxılıb və DSMF sədri E.Mehdiyev qaldırılan məsələlərin həll olunması üçün Fondun şəhər və rayon şöbələrinin rəhbərlərinə, həmçinin Fondun digər vəzifəli şəxslərinə konkret tapşırıqlar verib.

Müraciətlərin bir qismi isə DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələləri əhatə edib. Fond sədri bu tipli müraciətlərlə qəbula gələn vətəndaşlara həm hüquqi, həm də digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara ünvanlanacağını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR