Bakıda Beynəlxalq Həvəskar Boks Assosiasiyasının komissiyalarının iclası başlayıb - FOTOSESSİYA - VİDEO

Bakıda Beynəlxalq Həvəskar Boks Assosiasiyasının komissiyalarının iclası başlayıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 21 yanvar 2014 09:09 (UTC +04:00)

Bakı – APA. Bu gün Bakıda Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) komissiyalarının iclası öz işinə başlayıb. Apasport.az saytının məlumatına görə, tədbirə AİBA prezidenti Çinq-Kuo Vu, Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov və beynəlxalq qurumda təmsil olunan federasiyaların rəsmiləri qatılıblar.

İclasda öncə toplantının gündəliyi barədə məlumat verilib. Bildirilib ki, burada 7 komissiya ayrı-ayrılıqda bir araya gəlib müəyyən fikir mübadiləsi aparacaqlar. Ardınca isə həmin məsələlər İcraiyyə Komitəsində müzakirə olunacaq.

AİBA prezidentinin sözlərinə görə, əsas hədəf boks idman növünü daha da populyarlaşdırmaq, kütləviləşdirmək və gələcək yarışlar barədə müzakirələr aparmaqdır.

Ardınca 2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya kvotaları komissiyaların müzakirəsinə verilib. Burada WSB liqasından 17, AİBA-nın tərkibində olan peşəkar boksdan 20 vəsiqənin də verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, iclas 3 gün davam edəcək. İlk 2 gündə komissiyalar ayrı-ayrılıqda, yanvarın 23-də isə birgə müzakirələr aparacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR