Niderland kralının qardaşı vəfat edib

Niderland kralının qardaşı vəfat edib
# 13 avqust 2013 11:53 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Niderland kralı Villem Aleksandrın kiçik qardaşı, 44 yaşlı şahzadə Friso vəfat edib. APA-nın “Euronews” kanalına istinadən verdiyi məlumata görə, vətəndaşlar səhər saatlarından Haaqada yerləşən kral iqamətgahına gedərək qapının qarşısında gül dəstələri qoyurlar.

Kral Villem Aleksandr qardaşının dəfn mərasimdə iştirak etmək üçün Yunanıstanda keçirdiyi məzuniyyətini yarıda kəsərək ölkəsinə qayıdıb.

Şahzadənin ölümünə səbəb onun ötən ilin fevral ayında Avstriyada xizək sürərkən qar uçqunu zamanı aldığı ciddi zədə olub. Bundan sonra 18 ay müddətinə komaya düşən şahzadə Friso avqustun 12-də vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR