Azərbaycanın Goranboy rayonunda baş verən yol qəzasında iki nəfər ölüb

Azərbaycanın Goranboy rayonunda baş verən yol qəzasında iki nəfər ölüb
# 14 dekabr 2013 10:14 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə dekabrın 13-ü saat 21 radələrində Goranboy rayonu Abasqulular kəndinin ərazisində qeydə alınıb. Xocalı rayon sakini Sübhi İsmayılov idarə etdiyi “Mitsubishi-Pajero” markalı avtomobili aşırıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin - Gəncə şəhər sakini Ziyadxan Kərimov aldıqları xəsarətdən dünyasını dəyişiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR