Fövqəladə Hallar Nazirliyində Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilib - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyində Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 10 may 2014 12:21 (UTC +04:00)

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin sədri Əli Hüseynov, nazirliyin əməkdaşları iştirak ediblər.

Əvvəlcə nazirliyin əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri qoyublar.

Daha sonra Nazir K. Heydərov və tədbir iştirakçıları H. Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən K. Heydərov bildirib ki, Akademiya, nazirliyin digər strukturları və obyektləri, həmçinin ölkədə aparılan quruculuq işləri Heydər Əliyevin müdrik siyasətinin nəticəsidir: “Ümummilli liderimiz hələ Sovet İttifaqı dövründə başqa respublikalarda olmayan möhtəşəm obyektlərin istifadəyə verilməsinə nail olmuşdu. 2005-ci ildə yaradılmış Fövqəladə hallar Nazirliyi ölkəmizdə təbii fəlakətlərin və texnogen mənşəli qəzaların nəticələrinin aradan qaldırılması, neft-qaz sənayesi, kənd təsərrüfatı və digər sahələrin təhlükəsiz fəaliyyətinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan prezidenti cənab İlham Əliyev ulu öndərin bu siyasətini uğurla davam etdirir. Bu gün ölkəmizdə iqtisadiyyatda əldə olunmuş böyük nailiyyətlər, hərbi, kosmik və digər sənaye sahələrinin dinamik inkişafı Azərbaycanı dünyada nüfuzlu ölkələrdən birinə çevirib. Bir çox ölkələr bizə həsəd aparır, bədnam qonşumuz işğalçı Ermənistan isə təşviş içərisindədir. Mən cənab prezident İlham Əliyevi əmin edirəm ki, Fövqəladə Hallar Nazirliyi və onun strukturları gələcəkdə də Azərbaycan dövlətinə sədaqətlə xidmət edəcək, vətəndaşların təhlükəsizliyi və rahat həyatını təmin edəcək. Bütün Azərbaycan xalqı kimi, biz də inanırıq ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın tezliklə azad olunacağı gün uzaqda deyil”.

Ə. Hüseynov çıxışında bildirib ki, FHN kollektivinin Heydər Əliyev haqqında söz deməyə ona görə haqqı var ki, bu nazirlik onun ideyalarının həyata keçirilməsində öndə gedən ən mühüm qurumlardan biridir.

O, müasir Azərbaycan dövlətinin qurucusu və banisi olan H. Əliyevin demokratik və hüquqi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən ətraflı bəhs edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR