Lukaşenko Ukrayna ilə Rusiya arasında münaqişənin nizamlanmasında vasitəçi olmağa hazırdır

Lukaşenko Ukrayna ilə Rusiya arasında münaqişənin nizamlanmasında vasitəçi olmağa hazırdır
# 28 mart 2014 20:23 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Lukaşenko Ukraynanın “Şuster Live” televiziya verilişində bəyan edib.

Lukaşenko apreldə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini deyib. "Əgər mənə desələr ki, bu Ukrayna və Rusiya üçün vacibdir, o zaman mən vasitəçi olmağa hazıram”, - deyə Lukaşenko bildirib. Eyni zamanda, o, bu rola cəhd etmədiyini vurğulayıb.

“Mən Turçinov və hakim koalisiyanın üzvləri ilə əlaqə saxlayıram. Yaxın zamanlarda biz Turçinovla görüşərək ikitərəfli əlaqələri müzakirə edəcəyik. Biz axı qonşuyuq”, - Belarus prezidenti qeyd edib.

Həmçinin, Lukaşenko Viktor Yanukoviçi Ukrayna prezidenti kimi tanımadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR